“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn “X” platformasında yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini ABŞ alqışlayır və dövlət katibi Entoni Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Сeyhun Bayramov və Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, o qeyd edib.
Bizim.Media