Ermənilərin işğaldan azad edilmiş ərazilərdə ekologiyaya vurduğu zərər hesablanır

Hazırda oxunan: Ermənilərin işğaldan azad edilmiş ərazilərdə ekologiyaya vurduğu zərər hesablanır

167727

“Müxtəlif hüquq şirkətləri ilə çalışırıq ki, milli sərvətlərimizi talayan şirkətləri məsuliyyətə cəlb edək”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ADA Universitetində Qarabağla bağlı Forumda iştirak edir - VİDEO 


“İşğaldan azad edilmiş ərazilərdə vəziyyət öyrənilir. Bununla bağlı xüsusi heyət çalışır. Orada müxtəlif dövlət orqanlarının nümayəndələri təmsil olunub. Hazırda monitorinqlər davam edir.

Hər bir kənd, hər bir sahə, məkan üzrə qiymətləndirmə işləri aparılır ki, qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərəri hesablayaq”, - deyən dövlət başçısı xatırladıb ki, Kəlbəcər rayonunda 60 min hektara yaxın meşə qırılıb. Bu, bizim peyk vasitəsilə əldə etdiyimiz fotoşəkillərdə əks olunub. Həmçinin transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıq var. Xüsusilə Zəngilan rayonundan keçən Oxçuçayın suyu artıq sarı rəngdədir. Bu da, sözün əsl mənasında, ekoloji fəlakətdir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin