“Tarix boyu minlərlə azərbaycanlı Ermənistan ərazisindən qovulub”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millər Məclisinin üzvü, AK Parti sədrinin müavini Zafer Sarıkaya Bakıda keçirilən "Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans KEÇİRİLİR
"Ermənilər mədəni abidələri, mədəni-tarixi irsi, ibadət yerlərini dağıdıblar. Bütün bunlar elə bir səviyyədə olub ki, müasir Ermənistanda azərbaycanlıların mövcud olmasından danışa blmirik", - o əlavə edib.
Zafer Sarıkaya beynəlxalq ictimaiyyəti birgə işləməyə çağırıb: "Azərbaycanlıların dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması təmin edilməlidir".
Bizim.Media