Yaxın Şərqdə GƏRGİNLİK ARTIR – İran-İsrail savaşının İLK İŞARTILARI

Hazırda oxunan: Yaxın Şərqdə GƏRGİNLİK ARTIR – İran-İsrail savaşının İLK İŞARTILARI

167367

İsrail Qırmızı dənizə bir neçə döyüş gəmisi və qabaqcıl sualtı qayıq göndərib. Bu barədə “Al Hadath” məlumat yayıb. Bildirilib ki, bu addım İranın fəaliyyətini izləmək üçün atılıb.

Maraqlıdır, İran və İsrail arasında soyuq münaqişə toqquşmaya çevrilə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

“Görünən kəndə nə BƏLƏDÇİ?!” – HƏMAS-İsrail savaşının arxasındakı İRAN İZİ...


Politoloq Tural İsmayılov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O bildirib ki, İsrail İrana qarşı təzyiqləri artırmaq niyyətindədir: 

“Bununla bağlı ortada çox ciddi işartılar var. Birincisi, İran İsrailə qarşı hər keçən gün daha da aqresivləşir. İsrail istəyir ki, İranın “İsrail dövlətini yox etmə” təhdidini bütün dünyaya nümayiş etdirsin, ona görə də əlindəki bütün təzyiq rıçaqlarından yararlanmağa çalışır. Digər tərəfdən, HƏMAS dəstəkçiləri arasında İranın aydın təxribatçı mövqeləri var. İsrail başa düşür ki, onun coğrafiyasına yaxın ərazilərdə İranın hansısa mövcudluğu böyük bir təhlükə vəd edir.

Üçüncüsü, İsrail İranla nüvə danışıqlarının davam etməsinə hələ də razılaşmır”.

Politoloq qeyd edib ki, İrana qarşı yanaşmada İsrail və Qərb arasında fikir ayrılıqları çoxdur: 
“İsrail ABŞ və havadarlarının İranla münasibətlərdə ehtiyatlı davrandığını düşünür. İsrail Qırmızı dəniz üzərində İranı izləməyə çalışır. Çünki İranın açıq və gizli kanallarla Qəzzaya silah daşıdığını bilir. Bu məsələdə bloklama həyata keçirmək üçün İranın gəmi hərəkətlərini nəzarət altına almaq istəyir. 

İsrail İrana qarşı müharibədən çəkinmir. Amma HƏMAS-la qarşıdurma, Livan və Yəmənlə gərginliklər İsraili müharibədən yayındırır. İran isə İsraildən qorxur və ona görə də müharibədən hər vəchlə qaçır. Yaxın perspektivdə İran-İsrail savaşının olacağını zənn etmirəm”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin