ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyi məlumat yayıb.
"Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, səfir mətbuata ilk açıqlamasını Azərbaycan dilində verib.
Bizim.Media