“İskəndər” qalmaqalı böyüyür - Moskva hər şeyi inkar edir, amma FAKTLAR...

Hazırda oxunan: “İskəndər” qalmaqalı böyüyür - Moskva hər şeyi inkar edir, amma FAKTLAR...

16698

Qarabağda müharibə bitdikdən sonra Qərb və yerli mütəxəssislər “İskəndər”in Azərbaycana qarşı istifadəsini iddia edirlər. Odun üstünə isə yağı Paşinyan tökdü və bəyan etdi ki, Ermənistan Silahlı Qüvvələri “İskəndər”dən istifadə ediblər.

Ancaq nəticədə onların təsirsiz olduqları ortaya çıxıb. Bundan dərhal sonra Rusiya tərəfi “İskəndər”lərin "effektiv" istifadəsinə dair görüntüləri yaydı.

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq, "The Greater Middle East" layihəsinin yaradıcısı və rəhbəri Əli Hacızadə səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kreml “İskəndər”in Qarabağda istifadəsi ilə bağlı xəbərləri təkzib etdi


Onun sözlərinə görə, görüntülər arasında Suriyadakı bir xəstəxanaya raket zərbələri də yer alıb:

“Bundan əlavə, Ermənistanda hərbi çevriliş cəhdi (son dərəcə bəsit olsa da) izlənildi. Ötən gün ANAMA (Ərazilərin minalardan təmizlənməsi üzrə dövlət agentliyi) Şuşada tapılan bir “İskəndər” raketinin qalıqlarını göstərdi. Bu modifikasiya isə Ermənistan ordisunun deyil, Rusiya ordusunun arsenalında olandır. Əlbəttə, Moskva hər şeyi inkar edir, amma faktlar inadkar şeylərdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin