“Ermənilər mina xəritələrini təqdim etməməklə ölkəmizə qarşı nifrətini bir daha büruzə verir” - Adil Əliyev

Hazırda oxunan: “Ermənilər mina xəritələrini təqdim etməməklə ölkəmizə qarşı nifrətini bir daha büruzə verir” - Adil Əliyev

16696

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilmiş qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birliyin, bərabərliyin daha da inkişaf etməsinə təkan verdi. Türk dövlətlərinin birliyinin, bərabərliyinin daha da dərinləşməsinə yönəlmiş bu Zirvə görüşündə müzakirə olunan əsas məsələlərdən biri də ölkəmizin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan ərazilərinin azad edilməsi və qazandığımız tarixi Qələbə ilə bağlı idi. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Onun sözlərinə görə, işğalçılıq siyasəti yürüdən Ermənistan yalnız insanlara qarşı fiziki zor tətbiq etməyib, eləcə də tarixi abidələri məhv edib, məscidləri və ərazidəki bütün infrastruktur obyektlərini dağıdıb:

“Vandalizm siyasətini dövlət səviyyəsində aparan Ermənistan müharibənin bitməsinə, məğlub olaraq kapitulyasiya sənədinı imzalamasına baxmayaraq, hələ də minalanmış sahələrin xəritələrini təqdim etməməklə Azərbaycana olan nifrətini bir daha büruzə verməkdədir.

Təbii ki, biz işğaldan azad edilmiş ərazilərimizi yenidən quracağıq və bu yerlər dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. İşğaldan azad edilmiş Vətən torpaqlarının abadlaşdırılması və orada aparılan quruculuq işləri həm də regiona sülhün gəldiyinin müjdəçisidir”.

Adil Əliyev vurğulayıb ki, yeni yaranan imkanlar içərisində ən mühümü nəqliyyat imkanlarıdır:

“Bu sahədə Zəngəzurun xüsusilə mühüm rolu var. Çünki tarixi torpağımız olan Zəngəzur indi türk dünyasının birləşməsində mühüm əhəmiyyət kəsb edəcək. Zəngəzur Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı ilə yanaşı, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, daha dəqiq desək, türk dünyası arasında yaranmış yeni körpü olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin