“Valideyn komitələri nazirlik tərəfindən yaradılan qurum deyil. Bunun bizə aidiyyəti yoxdur. Dünya təcrübəsinə görə məktəblərdə valideyn komitəsi olmalıdır”.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə Bizim.Media əməkdaşının sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə valideyn komitələri məktəbə hər hansı yardım edə bilirsə, bu, normal qarşılanır:
“Mən buna pis baxmıram. Təbii ki, valideyn komitələri hansısa ad günü və ya fond puluya xidmət etməməlidir. Nazirliyin bu məsələyə nəzarət mexanizmi şikayət əsasında baş verir. Vətəndaş şikayəti varsa, hər bir halda o şikayətə baxırıq.
Biz hər dəfə deyirik ki, məktəblərdə 8 martda pul yığılmasın. Amma yenə də bu hallar təkrarlanır. 4 mindən çox məktəbə necə nəzarət edək? Mən bu problemi danmıram.
Yadınızdadır, ötən il müəllimə qızıl hədiyyə olunmuşdu. Mən nazir olaraq nə edə bilərdim ki? Kimsə kiməsə hədiyyə və ya diqqət göstərə bilər. Amma qızıl yox da....Bu ayıbdır. Hər kəs bu halları qınasa, nəticə olacaq. Elm və Təhsil Nazirliyi olaraq biz heç vaxt belə hadisələrin yanında olmamaşıq. Bu, vətəndaşın davranış formasıdır”.
Nuranə Daxilqızı, Bizim.Media