İlham Əliyev: “Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı cavabını 70 gün gecikdirib”

Hazırda oxunan: İlham Əliyev: “Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı cavabını 70 gün gecikdirib”

166456

"Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın dövlət katibi İlham Əliyevlə telefonla danışdı


Bildirilib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb.

Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin