“Human Rights Watch'' rəsmisi Azərbaycanın mina problemindən xəbərsiz olub? - DETALLAR - FOTO

Hazırda oxunan: “Human Rights Watch'' rəsmisi Azərbaycanın mina problemindən xəbərsiz olub? - DETALLAR - FOTO

166430

Dünya səviyyəsində insan haqlarının müdafiəsi ilə məşğul olan, bu mövzuda araşdırmalar aparıb, yayımlayan beynəlxalq qeyri-hökumət təşkilatı "Human Rights Watch" Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından xəbərsiz olduğunu iddia edib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, təşkilatın rəsmisi problemdən məlumatlı olmadıqlarını deyib.

Belə ki, "Human Rights Watch" təşkilatının BMT-dəki direktoru Luis Çarbonau (Louis Charbonneau) XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakət, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan məlumatsız olduqlarını iddia edib:

"Biz bu məsələdən xəbərdar deyilik. Mən də bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam".

"Human Rights Watch" təşkilatının rəsmisi L.Şarbonu ona ünvanlanan sualları həmkarları ilə araşdıracağını vəd versə də, “Report”un növbəti sorğusu iki aydır, cavabsız qalıb.

Müharibə və postmüharibə dövrlərində dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən dəfələrlə Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq qaydada "Human Rights Watch" təşkilatının rəsmilərinə paylaşılsa da, məlumatlar təşkilatın yayımladığı hesabatda əksini tapmayıb.


Həmin məlumatlarda 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatdan sonra Azərbaycanda 350-dən çox şəxsin minaya düşməsi ilə bağlı müfəssəl məlumat qeyd olunub.

Təəssüf ki, "Human Rights Watch" təşkilatı həmin rəsmi məlumatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı addım atmır, əksinə, qərəzli hesabatlar yaymaqda davam edir.

Hesabatlarında Azərbaycanla bağlı dəfələrlə qərəzli məqamlar paylaşan beynəlxalq təşkilatın İkinci Qarabağ müharibəsindən sonra arasında mülkü şəxslərin və jurnalistlər, minatəmizləyənlər, hərbçilər və uşaqların da olduğu yüzlərlə insanın həyatına son qoyan minalar, partlamamış hərbi sursatlarla bağlı məlumatsız olması iddiası çox da təəccüb doğurmur. Çünki, beynəlxlaq təşkilatın Azərbaycan və Ermənistanla bağlı yayımladığı bütün hesabatlar ermənilərin maraqlarına xidmət edir.

Analitik: "Human Rights Watch" təşkilatının baş verənlərə biganə münasibəti anti Azərbaycan qərəzinin göstəricisidir"

Bu ilin iyun ayında Qarabağa səfər edən amerikalı jurnalist, "Schirach Report" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, Vaşinqtonda fəaliyyət göstərən "Qlobal Siyasət İnstitutu"nun (“Global Policy Institute”) prezidenti, "Bay Atlantik" Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə professoru Paolo fon Şirax “Report”a açıqlamasında "Human Rights Watch" təşkilatının Ermənistan silahlı qüvvələrinin Qarabağı uzun müddətli qanunsuz işğalı zamanı Azərbaycanda torpaqlarında basdırdığı minalarla bağlı araşdırma aparmamasını, baş verənlərə biganə münasibətinin Azərbaycana qərəzinin göstəricisi kimi qiymətləndirib:

"Mən bölgəni ziyarət etdiyim zaman öz gözlərimlə gördüm ki, ərazilərdə ermənilər tərəfindən döşənən piyada əleyhinə minalar ucuz və ölümcül alətlərdir. Bu məsələ ilə bağlı iddia edilən məlumatsızlıq inandırıcı deyil, çünki rəsmi Bakı baş verənlərlə bağlı yetərli qədər məlumatlar hazırlayaraq yayıb.
O cümlədən Ermənistan hökumətinin mina sahələrinin xəritələrini paylaşmaqda əməkdaşlıq etməməsi bölgədə cərəyan edən ən böyük problemin həllini gecikdirir. Əgər Ermənistan razılığa gəlsə, uzun illər tələb edən və olduqca bahalı olan minatəmizləmə əməliyyatları daha sürətlə davam edə bilər.


Bölgədə cərəyan edən ən böyük fəlakətə "Human Rights Watch" təşkilatının məhəl qoymamaması, qəribə və qeyri-obyektiv yanaşması çox təəssüf doğurur.

Ermənilərin arxalarında buraxdıqları geniş minalı bölgələri görməzdən gəlmək, onların məsuliyyətinə məhəl qoymamaq əksər analitiklərin ermənilərin qurban, Azərbaycan hökumətinin isə işğalçı olması ilə bağlı qəbul etdiyi rəvayətlərə çox uyğun gəlir. Bunu görməzdən gəlmək və rəvayətlərə inanmaq doğru deyil".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin