Nazir: "Faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır" - FOTO

Hazırda oxunan: Nazir: "Faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır" - FOTO

16643

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında "Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" Qərarını xüsusilə vurğulayaraq Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb" - Nazir


C.Bayramov Qərarın qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilib, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd olunub və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilib. 

Nazir vurğulayıb ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer olmamalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin