ABŞ-ın siyasəti də Bayden kimi QOCALIB – ŞƏRH 

Hazırda oxunan: ABŞ-ın siyasəti də Bayden kimi QOCALIB – ŞƏRH 

166344

“Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı açıq mübarizə aparırlar”. 

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır, lakin heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edə bilməz.

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bayden ölkəmizin təhlükəsizliyini təhdid edir - Ağ Evin keçmiş həkimi 


Politoloq Tural İsmayılov vurğulayıb ki, Peskov müəyyən mənada haqlıdır: 

“Çünki Qərb imperializmi tarix boyu ədalətsizliyin qalası olub. Bu gün baş verən absurd proseslər göz önündədir. Azərbaycan ərazi bütövlüyünü təmin edib deyə ölkəmizin üzərinə gəlirlər. Kütləvi şəkildə Azərbaycana qarşı haqsız siyasi təhdidlər nümayiş etdirən Qərb Qarabağ zəfərini həzm edə bilmir. 

30 il ərzində ABŞ bizi qane etməyən mövqe nümayiş etdirirdi. Daha sonra Vaşinqton formatına müəyyən ümid yaranmışdı. Amma kollektiv Qərb, ABŞ və Fransanın addımlarından bəlli oldu ki, onlar regionda Rusiyanı sıxışdırmağa çalışırlar. Ona görə də birmənalı şəkildə ancaq Ermənistan dəstəklənir. Bölgədə sülh və sabitlik yox, aktiv dava görüntüsü yaratmağa çalışırlar. İndi Ermənistan ərazisi həm də anti-Rusiya mərkəzi halına gəlib”.

Politoloq Cümşüd Nuriyev məsələyə belə yanaşıb:

“Peskov Rusiyanın maraqlarını gündəmə gətirir. Fikrimcə, bu fikirlər bizim milli maraqlarımıza uyğundur. Burada bir həqiqət var ki, ABŞ və Fransa  bölgədə sülhün olmasını istəmir. Onlar Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxarmaq istəyirlər. Görünən odur ki, buna nail ola bilməyəcəklər. 

Çünki ABŞ Ukraynada, Suriyada, Liviyada Rusiyaya uduzdu. ABŞ rəhbərliyi Rusiyaya gücü çatmadığı üçün Azərbaycanı qarışdırmağa çalışır. Azərbaycan Prezidenti bu məsələdə çox kəskin reaksiya verdi. Prezidentin köməkçisi və XİN başçısı da adekvat formada layiqli cavab verdilər. Həmçinin Azərbaycan mediasının bu məsələdə rolu danılmazdır”. 

O əlavə edib ki, ABŞ çox böyük və güclü dövlət idi, lakin Bayden bu ölkəni yaman günə qoyub: 

“Yeni dünya düzənində ağıllı danışanları sevirlər. Bizim Prezidentimiz buna ən gözəl örnəkdir. ABŞ-nin ən böyük faciəsi odur ki, ağıllı siyasətçiləri azdır və qocalardır. ABŞ-nin dünya siyasəti də Bayden kimi qocalıb. Rusiyanı regiondan çıxarmaq istəsələr də, bacarmayacaqlar. Bu gedişlə 2-3 ilə ABŞ adi dövlətə çevriləcək, “super dövlət” taxtından düşəcək. ABŞ-nin Azərbaycanla bağlı planları da suya düşəcək”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin