“Görünən kəndə nə BƏLƏDÇİ?!” – HƏMAS-İsrail savaşının arxasındakı İRAN İZİ...

Hazırda oxunan: “Görünən kəndə nə BƏLƏDÇİ?!” – HƏMAS-İsrail savaşının arxasındakı İRAN İZİ...

165961

HƏMAS-ın İsrailə hücumunun başlamasından bir ay yarıma yaxın zaman keçir. Hər gün iki tərəfdən də onlarla, yüzlərlə döyüşçü, dinc sakin həyatını, yaxud sağlamlığını itirir. Yaxın Şərqin qan gölünə çevrilməsinin qarşısını alacaq güc, formul isə tapılmır. Əslində, münaqişənin başlamasına səbəb olanlar savaşın bitməməsi üçün əllərindən gələni edirlər.

Düşməni isə uzaqda yox, ocaq başında axtarmaq lazımdır. Bəli, İsrail-HƏMAS münaqişəsinin baş verməsində əsas günahkar birmənalı şəkildə İrandır.

Tarixi təcrübə də göstərir ki, məhz İran zaman-zaman münaqişəni qızışdırıb, tərəfləri üz-üzə qoyur. Münaqişə başladıqdan sonra məlum oldu ki, HƏMAS-ın siyasi qanadının İsrailə hücumdan xəbəri belə olmayıb.

Üstəlik, Hizbullahın ilk vaxtlar hədə-qorxu gəlməsinə baxmayaraq, İsrailə qarşı ikinci cəbhəni açmaması bunun sübutudur. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir ki, İsraillə HƏMAS arasında münaqişənin alovlanmasının arxasında dayanan ölkə İrandır: 

“İranla HƏMAS-ın ideoloji xətti eynidir. Hər ikisi İsrail adlı dövlətin məhv olmasını istəyir. Düzdür, İran lideri Ayətullah Seyid Əli Xamenei HƏMAS-ın siyasi büro sədrilə görüşdə bəyan etdi ki, onların İsrailə edilən hücumdan xəbəri olmayıb. “Hizbullah”ın sədri Şeyx Həsən Nəsrullah da bəyan edib ki, onların da bundan xəbəri olmayıb. Bununla onlar bildirmək istəyir ki, guya İsrailə olan hücumu HƏMAS müstəqil şəkildə təşkil edib. 

Onlar sadəcə beynəlxalq ictimai qınaq və sanksiyalardan yayınmaq üçün belə açıqlamalar verirlər. 

Amma atalar sözündə olduğu kimi, “Görünən kəndə nə bələdçi?!”. HƏMAS-ın yaranması, fəaliyyəti, onun üzvlərinin daimi olaraq İranda olması, bu qrupun bəyanatları ilə molla rejiminin İsrailə qarşı verdiyi bəyanatların eyni olması, “İslami-Cihad təşkilatının da birbaşa İrana bağlı olması, “Hizbullah” və Yəməndəki “Husi”lərin HƏMAS-ı dəstəkləməsi və onların hamısının Tehran və SEPAH-ın Qüds qolu tərəfindən koordinasiya olunması sübut edir ki, təşkilatın arxasında əsasən məhz İran dayanır. 

Çünki adlarını sadaladığımız silahlı qruplaşmaların hamısı İran tərəfindən idarə olunur, Tehranın əlində proksi qüvvələrdir”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin