Orban: “Macarıstan Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”

Hazırda oxunan: Orban: “Macarıstan Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”

165948

“BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) kimi təşəbbüslər Qərblə Şərq arasında əlaqələri təmin edir”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışında deyib.

“Macarıstan təkcə enerji sektorunda deyil, həm də digər sahələrdə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. Çox sayda Macarıstan şirkəti Azərbaycana sərmayə qoyur”, - o vurğulayıb.

Onun sözlərinə görə, Avropa hazırda miqrasiya böhranı, pandemiyanın nəticələri, enerji böhranı və Yaxın Şərqdəki gərginlik kimi bir sıra problemlərlə üz-üzədir.
Bu mənada Macarıstanın Baş naziri ölkələr arasında müxtəlif platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb:

“Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə qardaşlıq əlaqələri qururuq”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin