Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyası göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski özünün “Facebook” səhifəsində yazıb.
Diplomat qeyd edib ki, yardıma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ayrılmış 7,6 milyon ABŞ dolları məbləğində vəsaitin bir hissəsi olaraq verilmiş transformatorlar və kabel avadanlıqları daxildir.
Kanevskinin sözlərinə görə, Azərbaycanın təqdim etdiyi elektrik avadanlığı Ukrayna xalqına ölkə ərazisinə raket hücumlarından sağ çıxmağa kömək edəcək:
“Bu yardım ən çox ehtiyac duyulan bölgələrə dərhal paylanacaq”.
Səfir göstərilən yardım və dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:41 / 23.11.2023
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarının daha bir partiyasını GÖNDƏRDİ - FOTO
Hazırda oxunan: Azərbaycan Ukraynaya elektrik avadanlıqlarının daha bir partiyasını GÖNDƏRDİ - FOTO
Hazırda oxunan: Azərbaycan Ukraynaya elektrik avadanlıqlarının daha bir partiyasını GÖNDƏRDİ - FOTO
165852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.