Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Orban Bakıda Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Macarıstanın Baş nazirini QƏBUL EDİB - YENİLƏNİB/FOTO
V. Orban Macarıstan xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
O, Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Bizim.Media