Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaq

Hazırda oxunan: Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaq

165797

Azərbaycandan İrana gedən dəmiryolu xətti yenidən qurulacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib. 

Belə ki, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ci ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
Ümumilikdə, dəmiryolu xəttinin yenidən qurulması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin buraxılış qabiliyyətinin artırılmasına imkan verəcəyi bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin