İƏT-in Baş katibi: “Azərbaycanın Təşkilatımıza könüllü maliyyə ianələrini yüksək qiymətləndiririk”

Hazırda oxunan: İƏT-in Baş katibi: “Azərbaycanın Təşkilatımıza könüllü maliyyə ianələrini yüksək qiymətləndiririk”

165647

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib. 

Bizim.Media xəbər verir ki, Baş katib İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirdi, bunun təşkilat üçün vacib olduğunu qeyd edib.  

Hissein Brahim Taha qəbula, İslam Əməkdaşlıq Təşkilatının tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib. 
Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin, o cümlədən Təşkilata üzv ölkələrin əmək nazirlərinin V konfransının və Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının əhəmiyyəti qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin