Rusiyalı jurnalist Vladimir Pozner və daha 31 nəfər Tiflis şəhərində cərimələnib.
Xəbər verdiyimiz kimi Vladimir Pozner Gürcüstanın paytaxtı Tiflis şəhərində komendant saatınının şərtlərini pozub.
Karantin məhdudiyyətlərinə görə Gürcüstanda 21:00-dan sonra komendant saatı başlayır. Pozner isə qanunu pozaraq “Vinotel” restoranında şam yeməyini məhz axşam saat 9-dan sonra sifariş edərək yeməyə start verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana qarşı çıxan və Tiflisdən qaçan Pozneri Peskov təbrik etdi - SƏBƏB
Bu halda isə gürcü hüquq-mühafizə orqanları onu 2 min lari (994 manat) məbləğində cərimələyiblər.
Bu xəbər bəzi media orqanlarında təkzib olunsa da, Bizim.Media Gürcüstandan özəl olaraq Poznerin ödəyəcəyi cərimənin qəbzini əldə edib. Belə ki, rusiyalı jurnalist Tbilisidə həqiqətən də cərimələnib.
Foto faktı təqdim edirik.
Bizim.Media