Prezidentə SPECA ölkələrinin sərgisi barədə məlumat verildi - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Prezidentə SPECA ölkələrinin sərgisi barədə məlumat verildi - YENİLƏNİB - FOTO/VİDEO

165588

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sərgi ilə bağlı məlumat verdi.

Paytaxt Bakı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi edir.

Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 

SPECA-nın yaradılmasının 25 illiyi münasibəti ilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir.

Bakı Ekspo Mərkəzinin 4 min kvadrat metrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsulları nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb. 

Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan "Bizi birləşdirən dəyər" instalyasiyasının üzərindəki ağ örtüyünü götürməklə sərginin rəsmi açılışını etdi. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir. 

Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsullar nümayiş etdirilir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur. 

Dövlətimizin başçısı Azərbaycan Milli Stendi ilə tanış oldu. 

Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir. 

Müdafiə Sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iri çaplı pulemyot da təqdim olunur. 

Sərginin İqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb.

Blokda, həmçinin davamlı makroiqtisadi sabitliyi şərtləndirən amillərlə yanaşı, ölkə iqtisadiyyatına cəlb edilən investisiyalar, dövlətin dəstək mexanizmləri və reallaşdırılan dövlət proqramları barədə məlumat verilir.

Qeyd olunur ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, yəni, ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri isə 2002-ci ildə olduğu 0.9 milyard dollardan 20 dəfədən çox artaraq 18.01 milyard dollara yüksəlib.

Stenddə ölkəmizin iqtisadi inkişaf göstəricilərindən bəhs edən videoçarx da nümayiş olunur. 

Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində əldə olunan nailiyyətlər, zəngin xammal resursları, sənaye istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayenin inkişaf istiqamətləri, eləcə də sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı barədə məlumatlar əks olunub. Diqqətə çatdırılır

*** 13:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezidentin mətbuat xidməti yayıb.
 
























































Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin