XİN-dən CAVAB: Qarabağdakı ermənilərin miqrasiyasını məcburi köç adlandırmaq əsassızdır

Hazırda oxunan: XİN-dən CAVAB: Qarabağdakı ermənilərin miqrasiyasını məcburi köç adlandırmaq əsassızdır

165485

“Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün “X” hesabında USAID direktoru Samanta Puerin paylaşımına cavab olaraq qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xarici işlər nazirinin müavini iraqlı həmkarı ilə regionlararası əməkdaşlığı MÜZAKİRƏ EDİB - FOTO 


XİN sözçüsü Pauerin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxladığı təxminən 30 il boyunca Ermənistan əleyhinə heç bir fikir səsləndirilmədiyini, əksinə hətta post-münqaişə mərhələsində belə beynəlxalq hüququn və Ermənistanın öhdəliklərinin ziddinə bəyanatlar verdiyini qeyd edib. 

A.Hacızadə Samanta Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşdüyünü, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etdiyini xatırladıb. 
A. Hacızadə vurğulayıb ki, təxminən 30 illik işğal boyunca sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAID rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin