TÜRKPA-nın baş katibi: “Heydər Əliyevin siyasi xətti türk dünyasının birliyi olub” - FOTO

Hazırda oxunan: TÜRKPA-nın baş katibi: “Heydər Əliyevin siyasi xətti türk dünyasının birliyi olub” - FOTO

165398

"Heydər Əliyevin siyasi istiqamətlərindən biri türk dövlətləri arasında birlik və həmrəyliyin inkişafı olub".

Bizim.Media xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib:

O, Heydər Əliyevin türk dünyasının birliyi fikrini daim diqqət mərkəzində saxladığını bildirib. 

"Heydər Əliyevin xalqın milli kimliyi, tarixi keçmişi və ana dilinə verdiyi önəm onun türk dünyasının birliyi istiqamətində yorulmaz fəaliyyəti ilə səsləşir".

O, Azərbaycan parlamentarizmin tarixinin Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib.










Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin