“ABŞ Senatının qəbul etdiyi sənəd BMT-nin bəyanatına ziddir” – SPİKER 

Hazırda oxunan: “ABŞ Senatının qəbul etdiyi sənəd BMT-nin bəyanatına ziddir” – SPİKER 

165379

“2023-cü il sentyabrın 19-da erməni silahlılarının işğaldan azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minalar səbəbindən dinc sakinlərimiz və polis əməkdaşlarımız həlak olub. Bundan sonra Azərbaycan antiterror tədbirlərinə start verib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bəyanatında qeyd olunub. 

Bəyanatı təqdim edən spiker Sahibə Qafarova qeyd edib ki, 23 saatlıq antiterror tədbirləri nəticəsində separatçılar tərksilah edilib, qondarma rejim buraxılıb: 

“Azərbaycan aniterror tədbirləri zamanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl edib. Lakin Ermənistan Azərbaycana qarşı siyasətinə davam edir, beynəlxalq platformalarda bu məsələni qaldırır.  

Ölkəmiz əlehinə bir sənəd də 15 noyabrda ABŞ Senatında qəbul olunub. Həmin sənəddə Qarabağı könüllü tərk edən ermənilərin zorla çıxarıldığı qeyd olunub. Bu isə BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatlarına ziddir”. 

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin