İraq lideri: “Ölkəmizdə Azərbaycan üçün biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq”

Hazırda oxunan: İraq lideri: “Ölkəmizdə Azərbaycan üçün biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq”

165284

“İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı söyləyib. 

Dövlətimizin başçısını Azərbaycanda sülh və sabitliyə nail olması münasibətilə təbrik edən Əbdüllətif Camal Rəşid deyib:

“Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin