Leyla Abdullayevadan Paris merinə CAVAB: "Alovu körükləməyə ehtiyac yoxdur"

Hazırda oxunan: Leyla Abdullayevadan Paris merinə CAVAB: "Alovu körükləməyə ehtiyac yoxdur"

164800

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meri Ann İdalqonun fikirlərinə cavab verib.

Bizim.Media xəbər verir ki, səfir bununla bağlı merə açıq məktub göndərib.

Məktubda qeyd edilir ki, Ann İdalqo faktları təhrif etməkdənsə reallığı görsə, yaxşı olar:

“Alovu körükləməyə ehtiyac yoxdur. Sülhün yolu həqiqətdən keçir. Paris meri bu yaxınlarda Azərbaycandakı erməni əsirlərin azad olunması ilə bağlı yanlış məlumat verib. Mən Azərbaycan səfiri və vətəndaşı kimi bildirirəm ki, onun əldə etdiyi məlumatlar yanlış mənbələrdəndir. Bu məlumatlar Qafqazda sülhün olmasını istəməyən mənbələrdən gəlir”.

Leyla Abdullayeva məktubunda qeyd edib ki, sülh yaratmaq asan iş deyil, bunun üçün ilk növbədə həqiqəti deməyi bacarmaq və bəzi yanlış təsəvvürlərdən uzaq durmaq lazımdır.
“Həqiqəti demək üçün ilk növbədə başqalarını düşmən kimi təqdim etməmək lazımdır. Bu da çox çətindir. Başa düşürük ki, 30 il ərzindəki müharibə dövründə iki nəsil yetişib və bu nəsillər yalan bayatılarla bəslənib. Lakin Azərbaycan ermənilərin Qarabağa qayıtmasına razılıq verir. Yəhudi, rus kimi digər icmalarının əldə etdiyi hüquqlar ermənilərə də veriləcək”, - səfir vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin