“İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib” – NAZİR MÜAVİNİ  

Hazırda oxunan: “İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib” – NAZİR MÜAVİNİ  

164619

“Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”. 

Bizim.Media xəbər verir ki, bunu beynəlxalq tədbirə dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. 

Nazir müavini bildirib ki, Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub: 

“İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də İƏT Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyib”. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin