Prezident: "Ermənistan Şərqi Zəngəzurla bağlı öz öhdəliklərini yerinə yetirmədi"

Hazırda oxunan: Prezident: "Ermənistan Şərqi Zəngəzurla bağlı öz öhdəliklərini yerinə yetirmədi"

164149

"Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO


Prezident bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı:

"İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal və təcavüzün nəticələrini aradan qaldırmamışdır". 

Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi:

"Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmamışdır, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi". 
 
Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin