Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyət Təşkilatından (TÜRKSOY) bildirilib.
A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri” çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək.
Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:15 / 11.11.2023
Azərbaycanın mədəniyyət naziri Türkiyədə Şuşa ilə bağlı tədbirlərə QATILACAQ
Hazırda oxunan: Azərbaycanın mədəniyyət naziri Türkiyədə Şuşa ilə bağlı tədbirlərə QATILACAQ
Hazırda oxunan: Azərbaycanın mədəniyyət naziri Türkiyədə Şuşa ilə bağlı tədbirlərə QATILACAQ
163920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.