Noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad Azərbaycanın ərazi bütövlüyünün bərpasını vurğulayan və Azərbaycan hökumətinin uğurlarını göstərən yüksək rəmzi hadisədir.
Bizim.Media xəbər verir ki, bu barədə trend-ə amerikalı analitik İrina Tsukerman deyib.
"Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda inteqrasiyanın qapısını açdı və regionun mühüm ticarət, mədəniyyət və işgüzar mübadilə mərkəzinə çevrilməsinə imkan yaratdı. Əgər Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün qətiyyətli addımlar atmasaydı, bu regionu işğaldan azad etməsəydi, münaqişə sonsuza qədər davam edəcəkdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqazın çiçəklənməsinə bəzi xarici qüvvələrin yaratdığı maneələri dəf edəcək”, - o deyib.
Tsukerman əlavə edib ki, bu paradın keçirilməsi bu güclərə siqnal verir, onların bu cür əməkdaşlığın qarşısını almaq planları iflasa uğrayıb və bir daha işləməyəcək.
Amerikalı ekspert, Avrasiyanın beynəlxalq münasibətlər və geosiyasət tədqiqatçısı Piter Teisin qeyd etdiyi kimi, 8 noyabr müasir Azərbaycan tarixində ən mühüm gündür.
"Xankəndidə keçirilən hərbi parad möhtəşəm idi. Bu, ölkənin hərbi qüdrətini, Azərbaycan xalqının Vətənə sevgisini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tamamilə qorunub saxlanılıb, bərpa edilmiş və ölkənin iqtisadi potensialı günü-gündən artır. Avrasiyada, Okeaniyada, Afrikada və ya Qərb yarımkürəsində, o cümlədən Ermənistanın faşist silahlı qüvvələri tərəfindən dağıdılan və təhqir edilən rayonlar da daxil olmaqla, rekord müddətdə strateji infrastruktur layihələri həyata keçirmiş ikinci ölkə yoxdur", - o deyib.
Teys qeyd edib ki, azad edilmiş ərazilərdə mühüm iqtisadi dəyişikliklər azad edildikdən dərhal sonrakı həftələr və aylar ərzində əldə edilib.
"Cənubi Qafqazda davamlı sülh uzaqda deyil, çünki Azərbaycanda multikulturalizm dəyərləri regional sülh və sabitliyə fayda verir. Avropada geosiyasi qütbləşmə getdikcə dərinləşir və bu kontekstdə ideal regional oyunçu Azərbaycanın nümunəsi müxtəlif millətlərin, dinlərin və siyasi baxışların nümayəndələri arasında əlaqələrin qurulmasına kömək edəcək", - o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:06 / 11.11.2023
Xankəndidə keçirilən hərbi parad Azərbaycanın uğurudur - Amerikalı ekspertlər
Hazırda oxunan: Xankəndidə keçirilən hərbi parad Azərbaycanın uğurudur - Amerikalı ekspertlər
Hazırda oxunan: Xankəndidə keçirilən hərbi parad Azərbaycanın uğurudur - Amerikalı ekspertlər
163875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.