Türk Dövlətləri Təşkilatı Zəfər Günü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, təbrik mesajı təşkilatın rəsmi sosial şəbəkə hesablarında yayımlanıb.
Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfər ilə tarixi ədalətin bərqərar olunduğunun vurğulandığı mesajda deyilir:
“Qardaş Azərbaycan xalqını, Silahlı Qüvvələrini və Azərbaycan hökumətini 8 Noyabr-Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Bu gün 44 gün davam edən və Şuşa şəhərinin işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsində qazanılan Zəfərin ildönümüdür. Bu Qələbə nəinki Azərbaycan Respublikasının ərazi bütövlüyünü, həm də tarixi ədaləti bərpa etdi”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:06 / 08.11.2023
Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik etdi - FOTO
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik etdi - FOTO
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik etdi - FOTO
163422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.