"Türk Şurası yeni birlik yaradır" - Bağdad Amreyev

Hazırda oxunan: "Türk Şurası yeni birlik yaradır" - Bağdad Amreyev

16334

"Türk Şurası birləşmiş türk dünyası dövlətlərini yaratmağı hədəfləyir".

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Türk Şurasının Zirvə toplantısı keçiriləcək – Bu gün saat 15.00-da


Amreyev 31 mart tarixində onlayn keçiriləcək Türk Şurası Qeyri-rəsmi Sammitindən əvvəl açıqlama verib. 

O, payızda İstanbulda planlaşdırılan sammitə hazırlıq məqsədi ilə təşkil edilən onlayn yığıncaqda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri ilə yanaşı müşahidəçi statusundakı Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan səlahiyyətlilərinin iştirak edəcəyini söyləyib.

 

Şuranın Türk dünyası birləşmiş dövlətləri yaratmağı hədəflədiyini deyən Amreyev bildirib ki, (Azərbaycanın) Qarabağ zəfərindən sonra liderlər ilk dəfə bu zirvə yığıncağında bir araya gələcəklər. Buna görə də xalqın nəzərində bu sammitin əhəmiyyəti artır.


Amreyev Qazaxıstanın Türküstan şəhərinin Türk dünyasının mənəvi mərkəzi elan edilməsinin zirvənin gündəmində olduğunu qeyd edib və Türk dünyasındakı İstanbul, Səmərqənd, Buxara, Şuşa, Bakı və Almatı kimi digər şəhərlərin də gələcəkdə xüsusi status ala biləcəyinə diqqət çəkib.

Qeyri-rəsmi zirvədə "Türk Şurası Strateji 2020-2025 və Türk Dünyası Baxışı - 2040" müzakirə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin