XİN başçısı: “Çətinliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülhə qərarlıdır”

Hazırda oxunan: XİN başçısı: “Çətinliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülhə qərarlıdır”

163192

“Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində tərəfimizdən görülən, qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyan anti-terror tədbirlərindən sonra regionda reinteqrasiya və sülh gündəliyinin irəlilədilməsi üçün münbit şərait yaranıb”.  

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Senatının sədri Nikolae Çuka ilə görüşü zamanı deyib.

Görüş zamanı qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın yenidənqurma, reinteqrasiya və sülh quruculuğu fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin bundan sonra da Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi üzrə əməli addımlar atmaqda qərarlı olduğu diqqətə çatdırılıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin