Ceyhun Bayramovdan Ermənistana ÇAĞIRIŞ: “Unikal şansı qaçırmayın" 

Hazırda oxunan: Ceyhun Bayramovdan Ermənistana ÇAĞIRIŞ: “Unikal şansı qaçırmayın" 

163154

"Azərbaycan Ermənistandan normallaşma məsələsində konstruktiv mövqe tutmasını və bu unikal şansı bir daha qaçırmamasını gözləyir". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə birgə mətbuat konfransında deyib. 

O söyləyib ki, Azərbaycanın suverenliyinin tam bərpası Ermənistanla münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır.

Ancaq XİN başçısı onu da qeyd edib ki, münasibətlər qarşılıqlı hörmət əsasında normallaşmalıdır və bu cür normallaşma təkcə Azərbaycan və Ermənistanın maraqlarına cavab vermir, həm regionda, həm də ondan kənarda digər ölkələrlə əməkdaşlığın inkişafına imkan yaradacaq. 
“Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək, bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək. Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək”, - nazir qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin