“Annalena Berbokun Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı mesajlarını yüksək dəyərləndirirəm. Ancaq xanım nazir Şuşa və Xankəndinin adını çəkərkən bu şəhərlərlə bağlı ikinci adlar da çəkdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, BMT-nin müvafiq qətnaməsinə əsasən, Azərbaycanın coğrafi adlarından istifadə edilməlidir:
“Xanım nazirin istifadə etdiyi ikinci “adlar” həmin reyestrdə mövcud deyil. Ona görə də nazirin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını istərdim”.
Bizim.Media