Nazir: “Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70 faizi Azərbaycanın payına düşür” - VİDEO

Hazırda oxunan: Nazir: “Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70 faizi Azərbaycanın payına düşür” - VİDEO

162930

“Uzun illər ərzində Azərbaycan ilə Almaniya arasında ticarət, enerji, kənd təsərrüfatı, qarşılıqlı sərmayələrin qoyulması, infrastruktur layihələrində qarşılıqlı iştirak sahələrində əlaqələr uğurla inkişaf edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

XİN başçısı: "Azərbaycan-Almaniya münasibətlərinin inkişafına hər zaman böyük önəm veririk”


Nazir bildirib ki, Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə cəlb olunublar:

“Almaniyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarətinin 70 faizi Azərbaycanın payına düşür. 2022-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları olub. 2023-cü ilin ilk doqquz ayının nəticələri olduqca müsbət qiymətləndirmək olar. İlk 9 ay ərzində ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb”.

 

Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin