“Ölkəmiz hər zaman Azərbaycan-Almaniya münasibətlərinin inkişaf etməsinə hər zaman böyük önəm verir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib.
İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin önəmini vurğulayan nazir deyib ki, son iki ildə Azərbaycan Prezidenti Almaniyaya iki dəfə işgüzar səfər edib:
“İkitərəfli görüşümüzdə regiondakı vəziyyətlə bağlı müzakirələr apardıq. Almaniya şirkətləri Azərbaycana 810 milyon ABŞ dolları həcmində investisiya qoyub”.
Bizim.Media