Azərbaycanın güc mövqeyi və Ermənistanın intihar cəhdi - “Paşinyan hakimiyyətdən gedərsə...” 

Hazırda oxunan: Azərbaycanın güc mövqeyi və Ermənistanın intihar cəhdi - “Paşinyan hakimiyyətdən gedərsə...” 

16289

“Əgər Paşinyan baş nazir postundan gedərsə, Ermənistanda hakimiyyətə başqa qüvvələr gələrsə, onların da Nikoldan fərqli davranmaq imkanları yoxdur. Rusiya lideri Putinin təbirincə desək, fərqli davranmaq istəsələr, onlar intihar etmiş olarlar. Xatırladım ki, Rusiya prezidenti birgə bəyanatın şərtlərinə əməl etməkdən imtinanı intihara bərabər adlandırıb”.

Bu sözləri Bizim.Media-ya eksklüziv müsahibəsində dilə gətirən millət vəkili Elşad Mirbəşiroğlu bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan 10 noyabr sazişinin şərtlərinə əməl etməlidir. Başqa alternativi yoxdur”


Onun sözlərinə görə, Ermənistanın gələcək davranışlarında seçim imkanları yoxdur:

“Hazırda Azərbaycanın güc mövqeyi mövcuddur. İmzalanan sənədlər də Bakının maraqlarına cavab verir. Bu baxımdan hesab edirəm ki, istər Nikol Paşinyan, istərsə də hər hansı digər siyasi qüvvə olsun, onların Qarabağla bağlı vəziyyəti dəyişəcək, yaxud situasiyaya təsir göstərəcək mövqe sərgiləmək imkanları mövcud deyil”.

Ermənistandakı növbədənkənar seçkilərin vaxtının bəlli olduğunu deyərək səsvermədə kimin qazanacağı barədə fikirlərini bölüşən Elşad Mirbəşiroğlu vurğuladı ki, ermənilər ölkələrindəki heç bir siyasi qüvvəyə güvənmirlər. 

“Etimadsızlığı müvafiq sorğuların nəticələri də təsdiqləyir” faktını açıqlayan millət vəkili qeyd etdi ki, buna rəğmən Ermənistanda Nikola səs vermək istəyənlər daha çoxdur:

“Paşinyanın yenidən qələbə qazanmaq şansları var. Bunu onun opponentləri də bilir və o səbəbdən növbədənkənar seçkiləri Nikolun qatılmayacağı şərti ilə tələb edirdilər”.

Millət vəkilinin fikrincə, Ermənistan əhalisinin heç bir siyasi qüvvəyə güvənmədiyini müxtəlif faktlarla izah etmək mümkündür, çünki həqiqətən də “Qarabağ klanı”nı təmsil edən eks İrəvan liderləri yanlış siyasət və təxribatları ilə Ermənistanı bügünkü acınacaqlı duruma salıblar. 

Ermənistanın müstəqillik dönəmində yalnız problemlər yaşadığını dilə gətirən Elşad Mirbəşiroğlu əlavə etdi ki, Paşinyanın siyasəti də yarıtmaz oldu:

“Nikol da hakimiyyətinin başlanğıcında siyasi karyerasını Qarabağın üzərində qurmağa çalışdı. Paşinyan kabinetinin 5 illik fəaliyyət planında danışıqlar prosesinə separatçı rejimin cəlb edilməsi əsas istiqamətlərdən biri idi. Təxribatçı bəyanatlar da səsləndirilirdi. Sabiq müdafiə naziri Tonoyan yeni ərazilərin işğalından dəm vururdu. 

Amma Azərbaycan ordusu öz gücünü göstərərək Ermənistan qoşunlarını darmadağın etdi. 10 noyabr tarixinə qədər yalnış təsəvvürlərə malik olan Paşinyan yeganə çıxış yolunun kapitulyasiya sənədinə imza atmaq olduğunu anladı.

Bu gün Nikolun özü də dolayısı ilə etiraf edir ki, qonşularla münasibətləri normallaşdırmaq lazımdır. Və bu, Ermənistanın yeganə çıxış yoludur”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin