Fərid Şəfiyev: "Ermənistanla sülh sazişi 3 əsas prinsip üzərində qurulacaq"

Hazırda oxunan: Fərid Şəfiyev: "Ermənistanla sülh sazişi 3 əsas prinsip üzərində qurulacaq"

162728

Ermənistanla sülh sazişi 3 əsas prinsip üzərində qurulacaq ki, bura ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması, delimitasiya və nəqliyyat yollarının açılması daxildir.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Böyük Qələbənin 3-cü ildönümü: Münaqişədən sonrakı dövrün çağırışları və imkanları" mövzusunda keçirilən simpozium çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, digər vacib bir məsələ qayıdış məsələsidir.

“Azərbaycan bu prosesi necə görür? İlk növbədə bizim keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş torpaqlara qayıtmalıdır. Bununla bağlı Azərbaycan böyük çətinliklərlə üzləşir, ilk növbədə mina problemini qeyd etmək lazımdır. Digər vacib məsələ odur ki, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətində” 50 minə yaxın azərbaycanlı yaşayıb, o cümlədən Xankəndi şəhərində.

Nədənsə bizim bəzi Qərb tərəfdaşlarımız bu barədə danışmaq istəmirlər, lakin həqiqət ondan ibarətdir ki, orada etnik təmizləmə həyata keçirilib. Regiona nəzər salsaq görərik ki, Ermənistandan başqa etnik təmizləmə aparan digər bir ölkə yoxdur. Bizə qarşı bəzi qüvvələr tərəfindən səsləndirilən ittihamlar qəbuledilməzdir.

Fakt odur ki, BMT-nin araşdırıcı missiyası da təsdiqləyib ki, Azərbaycan tərəfindən heç bir zorakılıq tətbiq olunmayıb.

Fransa və bir sıra digər dövlətlər tərəfindən birtərəfli olaraq Qarabağın erməni sakinlərinin Azərbaycana qayıtması məsələsi qaldırılır. Azərbaycan reinteqrasiya ilə bağlı siyasətini bəyan edib, təkliflər göndərilib və səylər də göstərilir. Eyni zamanda, onu da qeyd edim ki, əhalinin öz torpaqlarına qayıtmasına konsepsiya olaraq baxsaq, burada ilk növbədə azərbaycanlıların Ermənistana qayıtması da müzakirə olunmalıdır.
Yalnız ermənilərin problemlərinin müzakirə edilməsi irqçiliyin bir nümunəsidir. Ermənistan daxilində də bəzi problemlər var. Görünən odur ki, qondarma qaçqın hökumətin yaradılması məsələləri qaldırılır. Təbii ki, bu, sülhə təhdiddir”, - Fərid Şəfiyev qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin