Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Görüş zamanı, Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin genişləndirilməsində ali və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb.
Diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində iki ölkənin İslam həmrəyliyi, dostluq, qardaşlıq prinsipləri əsasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün səy göstərdiyi məmnunluqla qeyd olunub.
Görüş zamanı, Azərbaycan və BƏƏ arasında mövcud çoxşaxəli nümunəvi əməkdaşlıq gündəliyinin davam etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığın daha da genuşləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:50 / 31.10.2023
Ceyhun Bayramov BƏƏ Prezidenti ilə regional məsələləri MÜZAKİRƏ EDİB - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov BƏƏ Prezidenti ilə regional məsələləri MÜZAKİRƏ EDİB - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov BƏƏ Prezidenti ilə regional məsələləri MÜZAKİRƏ EDİB - FOTO
162350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.