Bakıda Ümumdünya Məskunlaşma Günü beynəlxalq səviyyədə KEÇİRİLƏCƏK - FƏRMAN 

Hazırda oxunan: Bakıda Ümumdünya Məskunlaşma Günü beynəlxalq səviyyədə KEÇİRİLƏCƏK - FƏRMAN 

162305

Azərbaycan “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinə ev sahibliyi edəcək. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. 

Fərmanla 2023-cü il sentyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi” tədbirinin Azərbaycan Respublikasının Bakı şəhərində keçirilməsi və ev sahibliyi məsələlərinə dair Saziş” təsdiq edilib. 
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərmək tapşırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin