“Delimitasiyada 1920-ci illərin xəritəsindən istifadə TƏKLİF EDİLMƏLİDİR” – Tofiq Zülfüqarov 

Hazırda oxunan: “Delimitasiyada 1920-ci illərin xəritəsindən istifadə TƏKLİF EDİLMƏLİDİR” – Tofiq Zülfüqarov 

162290

Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentinin daimi komissiyalarının birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin normallaşmasına kömək edə biləcək 3 əsas prinsip razılaşdırılıb. 

O qeyd edib ki, birinci prinsipə əsasən, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Moskva göz yaşlarına İNANMIR – Ermənistanın xəyanətinin CƏZASI NƏ OLACAQ?


"Üstəlik, Ermənistan Respublikasının ərazisinin 29.800 kv.km, Azərbaycanın Respublikasının ərazisinin 86,600 kv.km olması anlayışı ilə. Bununla bağlı siyasi müstəvidə razılaşma əldə olunub. Əsas ideya  mənbəyə istinad edilməli və bu rəqəmlər əsas götürülməlidir. Rəqəmlər ən son sovet ensiklopediyasından götürülüb. Orada deyilir: Ermənistan - 29,800 kv. km, Azərbaycan – 86,600 kv. km. Bura gəlməzdən əvvəl bir daha baxdım. Bu, 1977-ci ildəki ensiklopediyada qeyd olunub”.

Onun sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Alma-Ata Bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır.

Üçüncü prinsip isə bütün regional kommunikasiyaların açılmasıdır. 

Paşinyanın fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir. 

Paşinyan açıqladığı sülh prinsiplərində nə qədər səmimidir?

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, İrəvanın verdiyi bəyanatlarda məqsəd vaxtilə Qarabağda yaşamış ermənilərin xüsusi şəraitdə qayıtmaları və onların təmini üçün beynəlxalq missiyanın olmasına çalışmaqdan ibarətdir:

“Münaqişə bitəndən sonra görürük ki, Ermənistan havadarlarının köməyilə ölkəmizə qarşı kampaniyaya başlayıb. Onlar müxtəlif səviyyələrdə Qarabağ mövzusuna aid bəyanatlar verirlər. Bu bəyanatların məqsədi də vaxtilə Qarabağda yaşamış ermənilərin xüsusi şəraitdə qayıtmaları və onların təmini üçün beynəlxalq missiyanın olmasından ibarətdir”. 

Ekspert deyir ki, Ermənistanın bu mövqeyi ayrı-seçkilikdir: 

“Ermənistan bu mövzunu gündəmə gətirirsə, məsələyə beynəlxalq qurum və beynəlxalq ictimaiyyət tərəfindən qarşılıqlı şəkildə baxılmalıdır. Çünki vaxtilə Ermənistanda yaşayan azərbaycanlılar da ona oxşar vəziyyətdədir. Soydaşlarımızın tərk edilməyə məcbur edildikləri evlər dağıdılıb. Ermənilər və onların havadarları isə yalnız Qarabağda yaşamış ermənilərə aid təkliflər verir. Halbuki onu sistem şəklində verməlidirlər. 

O baxımdan həmişəki tək ermənilər oyun oynayır. Həll olunmamış məsələlər var. İlk növbədə sərhədlər müəyyən edilməlidir. Paşinyan bunu yaxşı başa düşür. Ona görə də həmişə Ermənistanın kadastrının lazım olduğunu deyir. Bu məsələyə aid onların təklifləri var. Gah 1991, gah da 1975-ci ilin xəritələrindən danışırlar”. 

Sabiq nazir bildirir ki, keçən əsrin 20-ci illərinə aid olan xəritələrdən istifadə edilməsilə bağlı danışıqlar aparılmalıdır: 

“Azərbaycan isə keçən əsrin 20-ci illərindəki xəritələrdən istifadə etməyi təklif edir. Bu istiqamətdə danışıqlar aparılmalıdır. Ermənistan isə 1991-ci ildə hər şeyin həll olunduğunu iddia edərək, sülh görüntüsü yaratmaq istəyir. Amma həll olunmayıb, ona görə ki, ermənilər özləri bunu qəbul etməyib. 

1991-ci ilin Alma-Ata bəyannaməsinə ermənilər rəsmən düzəliş edərək, qeyd ediblər ki, özlərinin ərazi bütövlüyü Ermənistanla Qarabağın bir yerdə olması ilə hesablanmalıdır. Yəni ermənilər özləri 1991-ci ilin xəritələrindən imtina edib.
Bu da yenidən həmin mövzuya baxmağa imkan yaradır. Ölkəmiz bu mövzuya baxacaq. İrəvan isə sərhəddə öz mövqeyini təmin etmək istəyir. Sonra da onun əsasında Azərbaycana qarşı Qarabağ mövzusunda təzyiqləri davam etdirəcəklər. Strateji xəttləri budur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin