“Ermənistanın muzdlulardan istifadə etdiyi artıq təsdiqini tapıb və onların 6-sı barəsində beynəlxalq axtarışa verilib. Artıq onların vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanılıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev brifinqdə səsləndirib.
Onun sözlərinə görə, muzdlu kimi döyüşlərdə iştirak edən Yunanıstan, Liviya, Suriya vətəndaşları ilə bağlı araşdırmalar aparılır.
“İstintaqın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlanmaması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək”.
Baş prokuror bildirib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və Azərbaycanda olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən edilib.
Bizim.Media