Rusiyaya XƏYANƏTİN CƏZASI – Ermənistan Azərbaycandan ENERJİ DİLƏNİR...

Hazırda oxunan: Rusiyaya XƏYANƏTİN CƏZASI – Ermənistan Azərbaycandan ENERJİ DİLƏNİR...

162164

MəIum olduğu kimi, ötən həftə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan Tbilisi Beynəlxalq Forumundakı çıxışı zamanı, ölkəsinin siyasi məsələləri həll etdikdən sonra Azərbaycandan qaz almağa hazır olduğunu bildirib. 

Sovet dövründə Ermənistanın üç böyük qaz kəməri vasitəsilə Azərbaycandan qaz aldığını söyləyən H.Vardaryan vurğulayıb ki, indi bu kəmərlərin bərpası mümkündür:
 

MÖVZU İLƏ BAĞLI:

Moskva göz yaşlarına İNANMIR – Ermənistanın xəyanətinin CƏZASI NƏ OLACAQ?


“Mən ümid edirəm ki, bu qarşıdakı bir neçə il ərzində baş verəcək. Bizim Sovet illərində bu cür təcrübəmiz olub. Qeyd etdiyim kimi, biz qazı Azərbaycandan alırdıq, bizim Azərbaycandan üç nəhəng qaz kəmərimiz var idi və biz indi ölkələrimiz arasında siyasi məsələ qalmadığı təqdirdə bu kəmərləri bərpa edə bilərik. 

Biz, həmçinin Azərbaycandan Avropaya qaz nəqli ölkəsi ola bilərik, eynisi elektrik enerjisinə də aiddir. Biz bu kommunikasiyaların tikintisinə və bərpasına hazırıq. Bu, regionun enerji şaxələndirməsini dəyişə bilər”

Rusiya ilə münasibətlər gərginləşdiyi üçün...

Mözvu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Ermənistanın hökumət rəhbərlərinin bu tip açıqlamalarının yalnız bir izahı var: 

“Rusiya ilə münasibətlərinin getdikcə gərginləşməsi bu ölkədə ciddi problemə çevrilib. Ona görə ki, iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Enerji cəhətdən isə həlledici asılılığı var. Ona görə, elektrik enerjisi istehsalı və şəbəkəsi rusların əlindədir. Hətta təbi qaz sahəsində isə Kremlin dominantlılığı var. Üstəlik, qaz bölgüsü, parakəndə satışı, əhaliyə və biznes strukturlarına çatdırılması rus şirkətlərinin nəzarətindədir. Ermənilər tərəfindən həm qəribə, həm də təhlükəli düşüncə yaranmağa başlayıb.

Onların belə fikirləşirlər ki, yeni gərginliyin yaranması Rusiyanın qaz kartından istifadə etməsinə şərait yaradacaq. Ya qazın qiymətini kəskin artıra, ya da qazın verilməsində fasilələr yaranar ki, bu da ölkə əhalisinə və iqtisadiyyatına mənfi təsir göstərər. Buna görə də belə bir fikrin səsləndirilməsini təbii sayıram. 

Əgər Ermənistan bu təhlükələrdən sığortalanmaq və Azərbaycanla normal münasibətlər yaratmaq, eləcə də gələcəkdə enerji sahəsində normal əməkdaşlıq istəyirsə, o zaman rəsmi Bakının şərtləri və təklifləri əsasında tez bir vaxtda sülh müqaviləsini gecikdirməsin.

Eyni zamanda, beynəlxalq hüquqa uyğun olaraq, sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya ilə bağlı protokolların imzalanması, eləcə də Azərbaycandan Naxçıvana kommunikasiya xətlərinin Zəngəzur vasitəsilə açılması ilə bağlı yaratdığı maneələri aradan qaldırmalıdır. 
Ancaq bütün bunlardan sonra rəsmi Bakı gələcəkdə qonşu ölkələrə, o cümlədən Gürcüstana hansı şərtlərlə enerji satırsa, Ermənistanla da eyni qaydada əməkdaşlıq edə və beynəlxalq bazar qiymətlərinə uyğun şəkildə enerji daşıyıcılarını sata bilər”. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin