Endryu Korybko: “3+3 platformasına ən böyük zərəri Ermənistan vurur” – ÖZƏL 

Hazırda oxunan: Endryu Korybko: “3+3 platformasına ən böyük zərəri Ermənistan vurur” – ÖZƏL 

162110

“3+3 formatı Böyük Qafqaz regionunu Şimal-Cənub Nəqliyyat Dəhlizi və Orta Dəhliz üzərində yerləşən ölkələrin strateji yerləşməsinə görə formalaşmaqda olan Çoxqütblü Dünya Nizamının əsas iqtisadi mərkəzinə çevirmək şansına malikdir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı politoloq Endryu Korybko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə BƏYANAT qəbul olunub


“3+3” formatının reallaşmasını Cənubi Qafqazla yanaşı region ölkələri üçün də həyati əhəmiyyət kəsb etdiyini deyən analitik, layihənin həm də qlobal önəmə malik olduğunu qeyd edib.

“Birincisi, layihə Rusiya və Hindistanı Azərbaycan, Xəzər dənizi və İran vasitəsilə, ikincisi isə Türkiyə ilə Çini Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya üzərindən birləşdirəcək. Bu altı dövlətin birləşmiş geo-iqtisadi potensialı, aralarında olan bir neçə fikir ayrılığı səbəbindən hələ də tam istifadə olunmayıb. Bunlar Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiya-Gürcüstan mübahisəsi, Ermənistanın Azərbaycan və Türkiyə ilə mübahisələri və Azərbaycan-İran qarşılıqlı münasibətlərindəki müəyyən gərginliklərdir. 

Bütün bunlara baxmayaraq, “3+3” formatı iki dəhlizin optimallaşdırılmasında Böyük Qafqaz regionunun ortaq maraqlarına nail olmaq üçün imkan yaradır. Lakin bu, böyük siyasi iradə tələb edir. Buna baxmayaraq, onlar üçün, ümumiyyətlə, görüşməməkdənsə, bu planlar haqqında bir-biri ilə danışmaq daha yaxşıdır, ona görə də Gürcüstanın son görüşdə iştirakdan imtina etməsi təəssüf doğurur”, - deyə amerikalı analitik bildirib.

Ermənistan və Rusiya arasındakı gərginlik, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması, İrəvanın Qərbə inteqrasiya xülyalarına diqqət çəkən Endryu Korybko, formata ən böyük zərəri ermənilərin vurduğunu deyib:

“Əgər bu altı ölkə öz mübahisələrini uğurla həll edə bilsələr və ya ən azı onları məsuliyyətlə idarə edə bilsələr, qaçılmaz olaraq formalaşmaqda olan Çoxqütblü Dünya Nizamında daha mühüm rol oynayacaqlar. Bu nəticə davam edən qlobal sistemli keçid dövründə Qərb hegemonluğunun aşınmasını sürətləndirəcək. 

Lakin buna görə də, həmin blokun bəzi aktorları bu nəcib məqsədi sabotaj etməyə çalışırlar. Məsələn, Fransa və ABŞ-ın Ermənistan üzərindən əngəllər törətmək istədiyini görmək mümkündür. Ermənistan Qərbin agenti kimi davranır. Düşünürəm ki, İrəvan bu təsirlərdən qurtulmalı və qərar verməlidir. Əks halda Böyük Qafqaz regionu həmişə bu geoiqtisadi planları bir qədər geridə qoya biləcək növbəti müharibə riski altında qalacaq”, - deyə E.Korybko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin