Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi

Hazırda oxunan: Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi

161893

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Ə.Əsədov Karaqandada şaxtada baş verən qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qəbul etdiyini bildirib. 

Məktubda Qazaxıstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin