Hikmət Hacıyev Qazaxıstanda Ordenlə təltif olunub

Hazırda oxunan: Hikmət Hacıyev Qazaxıstanda Ordenlə təltif olunub

161814

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) Ordeni ilə təltif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın ölkəmizdəki səfirliyindən bildirilib. 
Yüksək mükafatı H.Hacıyevə Prezident K.Tokayevin adından və tapşırığına əsasən, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib. 

Diplomat bildirib ki, H.Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafatlandırılıb. 

Öz növbəsində, H.Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtəfəli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.
Görüş zamanı noyabrda Astanada baş tutacaq Türk Dövlətləri Təşkilatının və Bakıda keçiriləcək SPECA-nın Zirvə Görüşlərinin önəmi qeyd olunub. 

Qeyd edək ki, Qazaxıstan Respublikasının “Dostık” Ordeni ilə cəmiyyətdə barışın qorunmasında səmərəli fəaliyyət göstərən, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfə verən vətəndaşlar təltif olunur. Belə ki, I-ci dərəcəli “Dostık” Ordeni keçən il Qazaxıstan Prezidenti K.Tokayev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib. 

2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Ali Mükafatı – “Altın Kıran” (Qızıl Qartal) Ordeni ilə təltif olunub. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin