Ağ Evin Azərbaycan və Ermənistan arasındakı “sülh” MARAĞI – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Ağ Evin Azərbaycan və Ermənistan arasındakı “sülh” MARAĞI – Fərhad Məmmədovun ŞƏRHİ

161753

“Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması həm onların, həm regionun, həm də bütün dünyanın maraqlarına uyğundur". 

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Bəs, ABŞ sülh istəyində nə səmimidir?
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan və Ermənistan arasında sülh hər kəsin maraqlarına cavab verir" - Dövlət Departamenti 


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM)-nin direktoru, politoloq Fərhad Məmmədov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. 

O qeyd edib ki, ABŞ sülhdən danışsa da, yanaşmasında qüsurlar var: 

“Bu qüsurlar birbaşa Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. ABŞ səmimi qəlbdən sülh istəyirsə, ərazi bütövlüyü prinsipini mücərrəd formada yox, konkret addımları ilə təsdiq etməlidir. Sülh müqaviləsi Aərbaycanın ideyasıdır. Bu ideyanı vaxtilə ABŞ heç dəstəkləmirdi. Hazırda bu ideya aktual olduğu üçün təkrar edirlər. ABŞ vasitəçiliyini həyata keçirmək istəyirsə, öz mövqeyini ardıcıl və tam nümayiş etməlidir”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin