Tbilisidə İpək Yolu Forumu keçirilir - Azərbaycanı Əli Əsədov təmsil edir

Hazırda oxunan: Tbilisidə İpək Yolu Forumu keçirilir - Azərbaycanı Əli Əsədov təmsil edir

161561

Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumu keçirilir.

Bizim.Media xəbər verir ki, builki forumda 60 ölkədən siyasi liderlər və biznes təmsilçiləri, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla təxminən 2000 nümayəndənin iştirakı gözlənilir.

Azərbaycanı builki forumda Baş nazir Əli Əsədov təmsil edir.

Beynəlxalq tədbirin açılış mərasimində Baş nazir Əli Əsədovla yanaşı Ermənistan Baş naziri Nikol Paşinyanın, həmçinin Monteneqro Baş naziri Dritan Abazoviçin çıxış edəcəyi bildirilib.

İki gün davam edəcək forumun əsas missiyasının və mövzusunun "Dayanıqlı sabah üçün bu günü əlaqələndirmək" olduğu bildirilib.Forumda əsas müzakirə mövzularının Şərq-Qərb ticarət arxitekturası, "Orta Dəhliz"in rolunun artırılması, enerji sektorunun şaxələndirilməsi, dayanıqlı turizm, dayanıqlı gələcək naminə investisiyaların şaxələndirilməsi olduğu bildirilib.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan da Forumda iştirak etmək məqsədilə Gürcüstana gedib.

Qeyd edək ki, Tbilisi İpək Yolu Forumu daha əvvəl 2015, 2017, 2019-cu illərdə keçirilib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin