Azərbaycanın Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Gürcüstana işgüzar səfərə gedib.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən bildirilib.
Tbilisidə Şota Rustaveli Beynəlxalq Hava Limanında Baş naziri Gürcüstanın infrastruktur naziri İrakli Karseladze və başqa rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Baş nazir sabah Tbilisi Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək. Forumda Əli Əsədovla yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi bildirilir.
Bizim.Media