Türkiyə Azərbaycanla bağlı bəyanat yaydı - Aprelin 1-dən reallaşır

Hazırda oxunan: Türkiyə Azərbaycanla bağlı bəyanat yaydı - Aprelin 1-dən reallaşır

16129

2020-ci ilin dekabrın 10-da Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səfərlər Protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Aprelin 1-dən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər başlayır - RƏSMİ


Protokol aprelin 1-dən başlayaraq qüvvəyə minəcək. Sənədə əsasən, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasındakı birbaşa səfərlərini pasporta ehtiyac duymadan, sadəcə yeni növ şəxsiyyət vəsiqəsi təqdim edərək edə biləcək.

''Can Azərbaycanla aprelin 1-dən başlayaraq həyata keçəcək yeni tətbiq ölkələrimiz arasındakı “iki dövlət, bir millət” anlayışındakı güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək'',- deyə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin